Erməni nazirin maşını qəzaya düşdü - 2 hərbçi öldü

Erməni nazirin maşını qəzaya düşdü - 2 hərbçi öldü
  08 Dekabr 2016    Oxunub:11660
Bu gün İrəvan-Gorus şosesində, Gorus şəhəri yaxınlığında Ermənistanın müdafiə nazirinin tabeliyində olan avtomobil qəzaya düşüb.

AzVision.az xəbər verir ki, bu barədə “Tert.am” saytı məlumat yayıb.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin yaydığı məlumata görə, qəza nəticəsində leytenant Armen Musikyan (sürücü) və kapitan Aleksandr Sminoyan ölüb.

Nazirlik faktla bağlı araşdırmaların davam etdiyini və yaxın zamanlarda ictimaiyyətə daha geniş məlumatın veriləcəyini bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti