Erməni nazir Rusiya ilə əlaqələrdən danışdı: `Heç vaxt belə olmayacaq`

Erməni nazir Rusiya ilə əlaqələrdən danışdı: `Heç vaxt belə olmayacaq`
  22 Fevral 2017    Oxunub:1686
"İrəvanın NATO-ilə qarşılıqlı əlaqələri Rusiya ilə strateji tərəfdaşlıq maraqlarına qarşı olmayıb və bu, heç vaxt belə olmayacaq"
AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bildirib.

“Bizim NATO ilə əlaqələrimiz həmişə tərəfdaş ölkələr üçün açıq olub. Biz heç vaxt bunu sirr saxlamamışıq və bu cür qarşılıqlı münasibətlər Rusiya ilə strateji əlaqələrimizə qarşı yönəlməyib və yönələ də bilməz. Biz NATO ilə silahlı qüvvələrimizin möhkəmlənməsinə kömək edən bir sıra layihələr reallaşdırırıq. Əminəm ki, bu bizim tərəfdaşlarımızın maraqlarına təsir etmir”, - deyə Sarkisyan Ermənistanın Rusiya ilə əlaqələri korlamaq istəmədiyini etiraf edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti