Erməni komikdən Azərbaycan Ordusuna qarşı təxribat - (VİDEOXƏBƏR)

Erməni komikdən Azərbaycan Ordusuna qarşı təxribat - (VİDEOXƏBƏR)
  11 Yanvar 2017    Oxunub:19735
Düşmən tərəfi növbəti dəfə təxribat xarakterli video yayıb. Ermənistanın yerli internet televiziyalarından birinin hazırladığı videoreportajda erməni aktyor, satirik Vardan Petrosyan cəbhə xəttinə səfəri əks olunub.

İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşən mövqelərə gələn erməni aktyor həmin hissədən Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelərə çağırışlar edib. Həmin videoreportajın bu hissəsini erməni mətbuatı montaj edərək “Azərbaycan əsgərinin erməni aktyora cavabı” başlığı ilə yayıb.

Videonun təhlilini apararkən məlum olub ki, qarşı tərəfdən gələn səs kimi təqdim edilən “cavab” əslində montajdır. Videodan da göründüyü kimi erməni aktyoru Silahlı Qüvvələrimizin yerləşdiyi mövqelərə tərəf söyüş və təhqir dolu ifadələrlə müraciət edir.

Azərbaycan əsgəri isə bu təxribata cavab vermədən özünü soyuqqanlı aparır. Bundan sonra erməni aktoyu Azərbaycan dilində yenidən müraciət edir. Qarşı tərəfdən cavab gəlmədiyi üçün erməni tərəfi montaj olunmuş səsdən istifadə etməklə “cavab” hazırlayıb.

Həmin montaj olunmuş hissəni səsləndirən isə ermənilərin çəkdiyi “Kill Dim” cizgi filmininin aktyoru Vardan Petrosyandır.

Xatırladaq ki, aktyor Serj Sarkisiyan rejiminin yalançı təbliğat maşınının vacib detallarından biri hesab edilir. O, Azərbaycan əleyhinə hazırlanan videoların “qəhrəmanıdır”.




Teqlər:  





Xəbər lenti