Erməni Kiyevi bir-birinə qatdı - Təyyarə geri qaytarıldı

Erməni Kiyevi bir-birinə qatdı - Təyyarə geri qaytarıldı
  22 Oktyabr 2016    Oxunub:26846
Kiyev – Minsk aviareysi ilə hərəkət edən Belarusun “Belavia” şirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra geri dönməyə məcbur edilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Kiyevin Julyanı hava limanından qalxan təyyarə 11 dəqiqə sonra Belarus sərhədinə 50 km qalmış dispetçerlərin tələbi ilə geri dönüb.

Dispetçerlər tapşırığın yerinə yetirilməyəcəyi təqdirdə havaya qırıcı təyyarələrin qaldırılıcağına dair pilotlara xəbərdarlıq edib. Təyyarənin Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tələbi ilə məcburi endirildiyi məlum olub.

SBU əməkdaşları təyyarəyə daxil olaraq Ermənistan vətəndaşı olan sərnişini özləri ilə aparıblar. Təyyarəyə yanacaq doldurduqdan sonra yenidən Minskə uçub. Sərnişinlər bundan ciddi narahat olublar.

Ermənistan vətəndaşı bir qədər sonra sərbəst buraxılıb. Onun hansı səbəbdən saxlanıldığı açıqlanmayıb.

Təyyarədə 136 sərnişin və 6 ekipaj üzvü olub.
Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti