Ərizə qəbulunun vaxtı uzadıldı

Ərizə qəbulunun vaxtı uzadıldı
  28 Aprel 2016    Oxunub:1584
2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı uzadılıb.
AzVision.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbər görə, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-də başa çatacaq.

Bu gün saat 17:30-dək ali məktəblərə 81327 nəfər ərizə verib. Onlardan 74192 nəfəri Azərbaycan, 7135 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 32566-sı I, 22799-u II, 20295-i III, 5667-si isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti