Ərəblərin Bakıya axını - Ən bahalı otellərdə qalırlar
“Dubayda turizm şirkəti memoronduma əsasən Azərbaycan turizminin bütün ərəb ölkələri üzrə nümayəndəsi seçilib. Artıq necə ildir bu istiqamətdə işlər görülür və bu gün bunu paytaxt sakinləri daha yaxşı müşahidə edirlər. Anlaşmaya əsasən ərəb ölkələrində Azərbaycan haqqında məlumatlar paylaşılır, ticarət mərkəzlərində reklamlar təşkil olunur, bilbordlar hazırlanır”.
N.Bağırov bildirib ki, aprel ayından etibarən ərəblərin Azərbaycana axını başlayıb: “Türkiyədə baş verən hadisələrin buna öz təsiri var. Bundan əlavə Azərbaycan İran və ərəb ölkələrindən gələn turistlər üçün əlverişli məkandır. Tükiyədəki terror aktlarından, qanlı olaylardan sonra bu ölkəyə getmək istəməyən ərəblər Azərbaycana üz tuturlar. Bu, ancaq ərəb ölkələrinə şamildir. Ruslara bunun təsiri yoxdur”.
N.Bağırov vurğulayıb ki, ölkəmizə gələn ərəblər ən bahalı otellərdə qalırlar. “Bu gün otellərin çoxusu ərəblərlə doludur, hələ sentyabrda pik həddə çatacaq. Ərəblər əsasən 4, 5 ulduzlu otellərdə qalırlar. Yalnız İraqdan gələnlər turistlər 3 ulduzlu otellərə üstünlük verirlər”
Aytən Zəhra
AzVision.az