Ərəblər Xoşbəxtlik Nazirliyi yaratdılar

Ərəblər Xoşbəxtlik Nazirliyi yaratdılar
  09 Fevral 2016    Oxunub:2672
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin strukturunda dəyişikliklər edilərək iki yeni - Xoşbəxtlik və Tolerantlıq Nazirlikləri yaradılıb.
Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Hökumətin strukturlarında dəyişikliklərin baş verməsi xəbərini öz `Twitter` səhifəsində BƏƏ-nin baş naziri, Dubayın əmiri Məhəmməd əl-Maktum yazıb.

Xoşbəxtlik naziri bütün dövlət planları, proqram və siyasətini birləşdirməklə `cəmiyyəti daha xoşbəxt edəcək`. Digər nazir isə tolerantlığı `əmirlik cəmiyyətinin` əsas dəyəri kimi təbliğ etməlidir.

Baş nazir artıq BƏƏ prezidenti Halif ibn Zeyd əl-Nahayan yeni nazirliklərlə bağlı sərəncam imzalayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti