Ərdoğanla Putini İlham Əliyev barışdırıb - Baş nazir

Ərdoğanla Putini İlham Əliyev barışdırıb - Baş nazir
  28 İyun 2016    Oxunub:4127
Türkiyənin baş naziri Binali Yıldırım Rusiya ilə münasibətlərin normallaşmasında göstərdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

AzVision.az xəbər verir ki, bu barədə baş nazir hakim AKP-nin iclasında çıxış edərkən deyib.

“Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasındakı buzların əriməsinə yardım etdi. İşlərin bu nöqtəyə gəlməsində bir çox səylər göstərildi. Xüsusilə də, qardaşımız Azərbaycan liderinə minnətdarlığımızı bildiririk. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb. Türkiyə lideri Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliyin düzəlməsində maraqlı olduğunu ifadə edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti