Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdi

Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdi
  26 İyul 2016    Oxunub:2037
Türkiyə prezidentinin iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşü başa çatıb.
"Anadolu" xəbər verir ki, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə Ədalət və İnkişaf Partiyasının sdəri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib.

Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri görüşə qatılmayıblar.

Görüşdə məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı nümayiş etdirdiyi mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləmək olub.

Görüş 2 saat 40 dəqiqə çəkib.

CHP-nin yaydığı açıqlamada görüşün gələcəkdə Türkiyədə normal siyasətin aparılması və qarşıda atılacaq addımlar baxımından faydalı olduğu bildirilib.

“Report” xatırladır ki, bu, Ərdoğanın Türkiyə prezidenti seçildikdən sonra müxalifət liderlərinin Beştəpədəki iqamətgahda ilk dəfə qəbulu, eyni zamanda üç partiyanın bir araya gəlməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti