Ərdoğanın İran səfəri təxirə salınacaq?

Ərdoğanın İran səfəri təxirə salınacaq?
  27 Mart 2015    Oxunub:1674
Yəməndə keçirilən hərbi əməliyyata baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

"Əvvəlcədən planlaşdırıldığı kimi prezident, bu il aprelin birinci həftəsi İrana səfər edəcək. Yəməndə baş verən son hadisələr bu səfəri daha da aktuallaşdırır", - o vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi Yəməndə koalisiya qüvvələrinin keçirdiyi hərbi əməliyyatı dəstəklədiklərini bildirib. İran tərəfi isə bunu "təcavüz" adlandırıb.


Teqlər:  





Xəbər lenti