Ərdoğanı dəstəkləyən polkovnik özünü öldürdü

Ərdoğanı dəstəkləyən polkovnik özünü öldürdü
  22 İyul 2016    Oxunub:23946
Türkiyə Silahlı Qüvvələrinin zabiti, polkonvik-leytenant Levent Öndər intihar edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zabitin cəsədi Siirt vilayətində yaşadığı evdə tapılıb.

Ərdoğana sadiq olduğu deyilən Levent Öndərin canına qəsd etməsi Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə əlaqələndirilib.

“Qiyamdan sonra zabit depressiyaya düşmüşdü. O, qiyamçıların planlarının qarşısını ala bilməməsində özünü günahkar hesab edirdi”, - deyə vilayət prokurorluğunun məlumatında bildirilib.

Məlumata görə, 3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Öndər bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti