Ərdoğandan mükafatı geri istədilər

Ərdoğandan mükafatı geri istədilər
  25 İyul 2014    Oxunub:829
ABŞ-dakı Amerikan Yəhudi Konqresi 2004-cü ildə Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğana verdikləri `Cəsarət` mükafatını geri istəyiblər.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Qəzzaya edilən hücumlara görə Ərdoğanın İsraili tənqid etməsi və onunla bağlı sərt sözlər söyləməsi olub.

Konqres bildirib ki, Ərdoğan İsraillə bağlı dedikləri ilə artıq dünyada yəhudilərə nifrət edən bir şəxs kimi tanınır və buna görə də həmin mükafatı geri verməlidir.

Qeyd edək ki, Amerikan Yəhudi Konqresi 2004-cü ildə bu mükafatı Ərdoğana verməsinin səbəbi baş nazirin Fələstin və İsrail arasında sülhü bərqəraretmə və Türkiyədəki yəhudiləri qoruması olub.


Teqlər:  





Xəbər lenti