Ərdoğandan Ermənistana sərt ittiham

Ərdoğandan Ermənistana sərt ittiham
  01 Noyabr 2014    Oxunub:1836
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfəri çərçivəsində Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında Ermənistanı və erməni diasporunu kəskim ittiham edib. 1915-ci il hadisələri ilə bağlı ermənilərin uzun zaman kəsiyində Türkiyəyə qarşı irəli sürdükləri saxta “soyqırımı” iddiasının əsasız olduğunu diqqətə çatdıram Türkiyənin dövlət başçısı deyib:

“Bizim münasibətlərin qurulması istiqamətindəki bütün səylərimizə baxmayaraq Ermənistan və erməni diasporu sağlam fikirli bir yanaşma göstərmədilər. Biz bu məsələnin (“soyqırımı” iddiasını) siyasi müstəvidən kənarlaşdırılmasını istədik. Tarixçilərin, elm adamlarının, hüquqşünasların bu məsələni araşdırmasına şərait yaratmaq üçün biz arxivlərimizi açdıq. Əgər Ermənistanda belə arxivlər varsa qoy onlar da açsınlar. Üçüncü ölkələrdə varsa onlar da belə etsinlər. Ermənistandan fərqli olaraq əlaqələrimizi inkişaf etdirmək üçün addım atan, əlini uzadan yenə biz olduq. Təəssüf ki, bizim heç bir yaxşı niyyətimiz qarşılıq görmədi”.




Teqlər:





Xəbər lenti