Ərdoğana 10 milyonluq təklif

Ərdoğana 10 milyonluq təklif
  30 İyul 2014    Oxunub:980
Ötən həftə “Fatih Terim” adına stadionun açılışında futbol oynayaraq yüksık məhsuldarlıq nümayiş etdirən və ilk 15 dəqiqədə 3 qol vuran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana transfer təklifi gəlib.

Ötən gün telekanallardan birinə müsahibə verən “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav baş nazir Ərdoğanın futbol oynamağını xeyli tərifləyib.

Cavcav, “Gənclərbirliyi”nin qolkiperə ehtiyacı olduğunu, komandaya gələcəyi təqdirdə Ərdoğana 10 milyon avro transfer pulu verə biləcəyini deyib.

“Vurduğu 3 qolla böyük qolkiper olduğunu göstərdi. Baş nazirimiz siyasətdəki gücünü futbolda da nümayiş etdirdi. Futbolu çox yaxşı bilir. Qolu çox effektiv vurur. Xüsusilə ayağının üzü ilə vurması və qapıçını çaşdırmasını bir çox peşəkar futbolçu edə bilməz. Gənclərbirliyi olaraq bir qolkiperə ehtiyacımız var. Cənab baş nazirə 10 milyon avro ilə transfer təklif edirəm. Bizim formamızla çox qol vurar və çempion olarıq”. (Ans)


Teqlər:





Xəbər lenti