Ərdoğan ordu və kəşfiyyatı öz tabeçiliyinə keçirir

Ərdoğan ordu və kəşfiyyatı öz tabeçiliyinə keçirir
  29 İyul 2016    Oxunub:1948
Türkiyə prezidenti Rəcəb Rayyip Ərdoğan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahını və Milli kəşfiyyat idarəsini dövlət başçısının tabeçiliyinə verilməsini təklif edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Reuters nəşri xəbər verir.

Hazırda hər iki qurum Türkiyə baş nazirinin tabeçiliyindədir. Ərdoğanın təşəbbüsü konstitusiyaya dəyişikliklər tələb edir. Dəyişiklikləri ölkə parlamenti (Böyük Millət Məclisi) və müxalifət partiyalarının nümayəndələri təsdiq etməlidirlər.

Qeyd edək ki, təklif Türkiyə Ali Hərbi Şurasını iclasında səsləndirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti