Ərdoğan bir əsrlik sistemi ləğv etdi

Ərdoğan bir əsrlik sistemi ləğv etdi
  26 İyul 2016    Oxunub:3811
Türkiyə prezidentinin baş yavəri vəzifəsi ləğv edilib.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəp Tayyip Ərdoğan qərar qəbul edib.

Belə ki, Türkiyə prezidentinin baş yavəri Əli Yazıçının dövlət çevrilişi cəhdindən sonra saxlanılması bu postun ləğvinə gətirib çıxarıb.

Eyni zamanda Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək. Bundan sonra yaranacaq hər hansı təhlükəyə Beştəpədən raketlə cavab veriləcək.

Qeyd edək ki, Türkiyədə baş yavər vəzifəsi 1920-ci ildən mövcud olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti