Ərdoğan azərbaycanlı professoru rektor təyin etmədi

Ərdoğan azərbaycanlı professoru rektor təyin etmədi
  29 Aprel 2016    Oxunub:4065
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Giresun Universitetinə yeni rektor təyin edib.
R. T. Ərdoğan Giresun Universitetinin rektoru vəzifəsinə Ali Təhsil Şurasının təqdim etdiyi namizədlərdən professor Cövdət Coşkunu təyin edib.

Qeyd edək ki, universitetdə keçirilən seçkilər zamanı ən çox səsi Giresun Universitetinin bundan öncəki rektoru olan Azərbaycan əsilli professor Aygün Attar toplayıb. A. Attar Türkiyədə yeganə Azərbaycan əsilli universitet rektoru olub. Professor C. Coşkun isə seçkidə 2-ci yeri tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti