Ərdoğan Putinlə danışdı

Ərdoğan Putinlə danışdı
  23 Avqust 2014    Oxunub:1397
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
AzVision.az kremlin saytına istinadən xəbər verir ki, liderlər enerji sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

O cümlədən, danışıq zamanı cari məsələlər, Türkiyə-Rusiya arasındakı əməkdaşlığın perspektivləri barədə söhbət açılıb.

Qeyd edək ki, telefon danışığı Ərdoğanın təşəbbüsü ilə olub.

AzVision.az


Teqlər:





Xəbər lenti