Ərdoğan Putinlə, Əliyev Sarkisyanla görüşəcək...

Ərdoğan Putinlə, Əliyev Sarkisyanla görüşəcək...
  26 Noyabr 2015    Oxunub:4457
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin təyyarə qalmaqalından sonra ilk dəfə Fransanın paytaxtı Parisdə görüşəcək.

AzVision.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, görüş Parisdə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişikliyi üzrə 2-ci konfrans çərçivəsində baş tutacaq.

Türkiyə və Rusiya liderləri sammit çərçivəsində görüşsələr belə, onlar arasında təkbətək görüş keçirilməyəcək.

Sammit çərçivəsində Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti