Ərdoğan Putini tapa bilmir

Ərdoğan Putini tapa bilmir
  06 Fevral 2016    Oxunub:3239
Türkiyə Xarici İşləri Nazirliyinin yanvarın 29-da Rusiyaya məxsus “Su 34” təyyarəsinin ölkənin hava sərhədlərini pozması haqqında yaydığı bəyanatdan sonra prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Valdimir Putinlə dəfələrlə telefon əlaqəsi yaratmaq istəyib.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. Onun sözlərinə görə, Ərdoğanın bütün cəhdləri nəticə verməyib:

“Rusiya tərəfi bizim təşəbbüsümüzü müsbət dəyərləndirmədi. Zəng etmədik deyə tənqid edilirik, zəng edəndə də cavab vermirlər. Olduqca qəliz durumdur”.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin vurulması olub. Türkiyə tərəfi təyyarənin dövlət sərhədini pozduğunu deyir, Rusiya Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edir.

Bu hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Viza rejimi, iqtisadi sanksiyalar tədbiq edilib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti