Ərdoğan Putinə zəng edibmiş - Lavrov yalan danışıb

Ərdoğan Putinə zəng edibmiş - Lavrov yalan danışıb
  27 Noyabr 2015    Oxunub:4665
Fransanın paytaxtı Parisdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş nəzərdə tutulmayıb.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, eyni zamanda Türkiyə ilə dialoqun hazırda real olmadığını da bildirib: “Dialoq yoxdur, əməkdaşlıq sual altındadır”.

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qırıcı təyyarə “Su24”-ün vurulmasından sonra Rusiya tərəfi ilə əlaqə yaradıbmı” sualına cavabında Peskov: “Türkiyə tərəfi həqiqətən də qəzadan 7-8 saat sonra Rusiya dövlət başçısı ilə əlaqə saxlamağa çalışıb, lakin bu baş tutmayıb. Bu haqda ölkə başçısına məlumat verilib”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlamasında Ərdoğanın Putinə zəng etmədiyini bildirmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti