Ərdoğan Obama ilə görüşəcək – Gündəm Rusiya qalmaqalıdır

Ərdoğan Obama ilə görüşəcək – Gündəm Rusiya qalmaqalıdır
  30 Noyabr 2015    Oxunub:3609
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama Parisdə keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə sammit çərçivəsində Rusiya məxsus “Su-24” tipli təyyarənin vurulması ilə əlaqədar insidenti müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” telekanalı xəbər yayıb.

Türkiyə və ABŞ prezidentlərinin görüşünün dekabrın 1-də keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti