Ərdoğan Merkelə narahat olduğunu dedi

Ərdoğan Merkelə narahat olduğunu dedi
  01 İyun 2016    Oxunub:1281
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon danışığında türk lider Merkelə Bundestaqın gündəliyində olan qondarma "erməni soyqırımı" haqqında qətnamə layihəsinə görə narahat olduğunu deyib.

Ərdoğan qeyd edib ki, “erməni soyqırımı”na dair qanun layihəsinin Bundestaq tərəfindən qəbul olunması Türkiyə-Almaniya münasibətlərinə xələl gətirə bilər.

Qeyd edək ki, "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti