Ərdoğan Kubada məscid tikdirir

Ərdoğan Kubada məscid tikdirir
  20 Noyabr 2014    Oxunub:1700
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Kubaya məscid yaraşar” sözlərindən sonra bu ölkədə məscidin tikintisi üçün sahə ayrılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət bunun üçün 5 hektarlıq ərazi ayırıb.

Türkiyənin Diyanət Vəqfinin sədr müavini, kubalı rəsmilərlə əməkdaşlıq edən Mustafa Tutkun məscidin Türkiyədəkilərdən birinə oxşar tikilməsini təklif edib. Kubalı rəsmilər isə məscidin sadəcə bir ölkənin istəyi ilə deyil, ölkədə təmsil olunan İslam Konfransı Təşkilatı üzvü olan ölkələrin öhdəsinə düşən məsələ olduğunu deyib.

Məscid üçün ayrılan ərazi keçmiş Havanada yerləşir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti