Ərdoğan İŞİD barədə sərt danışdı

Ərdoğan İŞİD barədə sərt danışdı
  16 Sentyabr 2014    Oxunub:1647
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə fəaliyyət göstərən “Müsəlman qardaşları” təşkilatının liderlərinə sığınacaq verilə biləcəyini açıqlayıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Türkiyə prezident vurğulayıb ki, bununla bağlı təşkilat üzvləri onun ölkəsinə rəsmi şəkildə müraciət etməlidir: “Əgər onların müraciətində heç bir problem olmasa, onda həmin şəxslər digər xarici ölkə vətəndaşları kimi Türkiyəyə gələ bilərlər”.

Ərdoğan həmçinin Türkiyənin İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarından neft alması barədə iddiaları da cavablandırıb: “Bu ola bilməz. Bu yalandır. Biz hər hansı bir şəxsin qeyri-qanuni yolla İŞİD-dən neft almasını istisna etmirik. Ancaq hökumət bu qruplaşma ilə əməkdaşlıq etmir”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti