Ərdoğan Əliyevlə Qarabağı müzakirə edəcək

Ərdoğan Əliyevlə Qarabağı müzakirə edəcək
  01 Sentyabr 2014    Oxunub:2205
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk xarici səfərini Azərbaycana edəcək.

Odur ki, Ərdoğan sentyabrın 2-dən 3-ə qədər Bakıda rəsmi səfərdə olacaq və səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Ərdoğanın ilk səfərinin Bakıya etməsi ölkəmiz üçün mühüm hadisə olduğu kimi, səfər zamanı müzakirə edilən məsələlərin və ümumilikdə bu səfərin əhəmiyyəti müzakirələrə yol açıb.

Maraqlıdır, Ərdoğan ilk dəfə prezident kimi gələcəyi Bakıda hansı önəmli məsələlər müzakir olunacaq?.

Tanınmış politoloq Qabil Hüseynli Ərdoğanın Bakı səfərini AzVision.az-a şərh edib.

Ekspert hesab edir ki, Azərbaycan ilə Türkiyənin müzakirə edəcəyi çoxlu məsələlər var ki, bunların da başında Qarabağ məsələsi durur:

“Gündəmdə yenə də Qarabağ mövzusu olacaq, bununla yanaşı Rusiyanın bölgədəki hərəkətləri də müzakirə ediləcək. Çünki Qarabağ mövzusu həm də Rusiyanın bölgədəki davranışlarından asılı olacaq”.

Politoloqun sözlərinə görə, bölgədə çox ciddi problemlər var və yaxın ölkələrdə ciddi proseslər baş verir.

Ukrayna və ABŞ-Rusiya münasibətlərigörüşdə müzakirə mövzusu ola bilər.

“Ümumiyyətlə dünyada gərginlik həddindən artıq artıb. Məncə, dövlətlər diqqətini həm milli təhlükəsizlik, həm də onlara yaxın ətrafda baş verən beynəlxalq gərginliklərə yönəltməlidir. Güman edirəm ki, belə bir miqyasda düşüncə tərzi görüşə hakim kəsiləcək və səmərəli bir səfər olacaq”.

“Yenidən nurçuluqla bağlı hansısa müzakirələrin aparılacağı gözlənilirmi?” sualına poliloloq belə cavab verib:

“Mən düşünürəm ki, Azərbaycan bu məsələdə kifayət qədər öz təhlükəsizliyini gözləyən addımlar atıb və atmaqda da davam edir. Bunu kənardan kimlərinsə xatırlatmağına ehtiyac yoxdur. Yəni bu artıq elə həddə çatıb ki, yenidən xatırlatmaq Azərbaycanın şəxsi işlərinə qarışmaq kimi yozula bilər”.

Qabil Hüseynli əlavə edib ki, Ərdoğanın səfərində siyasi məsələlərlə yanaşı iqtisadi məsələlər də əsas müzakirə obyekti olacaq.

“Azərbaycan qazının Avropa bazarına nəqli məsələsi, TANAP və TAP layihələri müzakirə ediləcək. Həmçinin türkmən qazının Xəzər dənizi üzərindən Azərbaycan qazı ilə birləşdirilməsi ideyası var, bu ideya xeyli irəliləyib. Daha sonra Azərbaycan Türkiyə iqtisadiyyatına xeyli dərəcədə sərmaye yatırır, İzmir yaxınlığında böyük Neftayırma zavodu tikir, PETKİM kimi nəhəng kompleksin 51%-i Azərbaycan tərəfindən satın alınıb. Onun inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək”,-deyə politoloq əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti