Ərdoğan Davudoğlunu təriflədi, mətbuatı pislədi

Ərdoğan Davudoğlunu təriflədi, mətbuatı pislədi
  20 Sentyabr 2014    Oxunub:1622
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının girovluğundan xilas edilən türk diplomatlarla bağlı açıqlama verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan xilasetmə əməliyyatının əvvəlcədən planlaşdırıldığını, bütün detalların hesablandığını və gecə ərzində məxfiliyə tam riayət olunaraq əməliyyatın baş tutduğunu vurğulayıb:

“Səhərə yaxın başa çatan bu əməliyyata görə cənab baş nazirə və işçi heyətə təşəkkür edirəm. Milli Təhlükəsizlik Nazirliyimiz diplomatlar girov götürülən gündən bu vaxta qədər vəzifələrini həssaslıq və dəqiqliklə yerinə yetirib, nəhayət uğurlu əməliyyat həyata keçiriblər. Milli Təhlükəsizlik Nazirlyiinin hər bir əməkdaşına öz adım, ölkəm və millətim adından təşəkkür edirəm, bu böyük nailiyyət münasibətilə onları təbrik edirəm”.

Prezident həmçinin Mosuldakı konsulluğun əməkdaşlarına və aillərinə də təşəkkür edib:

“Hazırda ölkəmizə gələn işçi heyətə keçmiş olsun, onlara təşəkkür edirəm. Ailələrinə uzun müddət səbirlə gözlədikləri üçün minnətdaram”.

R.T.Ərdoğan bu hadisədən sui-istifadə etmək istəyənlərin olduğunu və bəzi mətbu orqanların məsuliyyətsiz davrandığını qeyd edib.

“Xüsusilə bəzi qüvvələr və bəzi media orqanları bu həssas məsələdə məsuliyyətsiz davrandı. Buna baxmayaraq, bu müddət ərzində məsuliyyətli, soyuqqanlı davranan və girov götürülən vətəndaşlarımızın həyatının təhlüksəziliyini qorumaq üçün bu məsələyə həssas yanaşan media orqanları da oldu ki, onlara da minnətdaram”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti