Enerji itkisi 2,5 dəfə azaldılacaq

Enerji itkisi 2,5 dəfə azaldılacaq
  21 İyul 2014    Oxunub:1142
2020-ci ilədək Azərbaycanın elektrik paylaşdırıcı şəbəkələrində texniki itkilərin səviyyəsinin 16,5 faizdən 6,5 faizədək azaldılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Energetika Nazirliyinin Elektrik Enerjisi Departamentinin rəhbəri Asəf Rzayev bildirib.

Onun sözlərinə görə, 2020-ci ilədək enerji paylaşdırıcı xətlərdə itkilərin səviyyəsini 4,3 faizdən 2,8 faizədək azaltmaq nəzərdə tutulub: "Paylaşdırıcı şəbəkələrdə itkilərin səviyyəsinin yüksək olması məsafənin böyük olması və infrastrukturun bərpası və yenilənməsi işlərinin həyata keçirilməsi üçün əhəmiyyətli həcmdə vəsaitin lazım gəlməsi ilə izah edilir".

A.Rzayev deyib ki, ölkənin elektrik enerjisi şəbəkələrində itkilərin səviyyəsinin ciddi həcmdə azaldılması üçün 4 milyard dollar həcmdə investisiya tələb olunur.

Ölkənin regionlarındakı elektrik şəbəkələrində enerji itkisinin səviyyəsi 18 faiz, Bakıda isə 9 faizdir.

10 il ərzində ölkədə enerji sisteminin gücü 40 faiz artaraq 7,1 min meqavata çatıb. Hazırda Azərbaycanda elektrik enerjisinin əsasını 14 istilik və 10 su elektrik stansiyası təşkil edir. /Trend


Teqlər:  





Xəbər lenti