Ən etibarlı və etibarsız avtomobillər - REYTİNQ

Ən etibarlı və etibarsız avtomobillər - REYTİNQ
  26 Noyabr 2014    Oxunub:2564
Almaniyada TÜV, Dekra və GTÜ ekspertləri etibarlılığa görə avtomobillərin reytinqini açıqlayıblar.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, almanlar 8,5 milyona yaxın test keçiriblər, bu testlərdə 226 müxtəlif istifadə edilmiş avtomobil qiymətləndirilib. Ən etibarlı isə alman və yapon istehsalı olan avtomobillər, ən etibarsız isə fransız avtomobilləri oldu.

Almanlar fransız avtomobillərini ən etibarsız avtomobil adlandırdılar.

Ekspert dəyərləndirməsinin ümumiləşdirilmiş nəticələrinə görə alman mütəxəssislərinin müəyyən etdiyi reytinqin ilk beşliyində iki “Mercedes”: üçüncü nəsil SLK kabrioleti və yüksəkkeçimli GLK, üçüncü yerdə “Audi A1”, sonra isə “Mazda 2” və “Toyota Prius” durur.

Qırılmalara ən çox məruz qalan isə fransız avtomobil istehsalatının avtomobilləri hesab edilib. Ən böyük çatışmazlıqlar isə Renault Logan, Sandero, Megane və Laguna avtomobillərində qeydə alınıb. Bundan başqa almanlar Citroën C5 və gözlənilmədən BMW 5 Series (2003 ildən 2007-ci ilə qədər buraxılan E60 versiyası) haqqında da qənaətbəxş fikirdə olmayıblar.


Teqlər:





Xəbər lenti