Ən aktiv seçki dairəsi məlum oldu

Ən aktiv seçki dairəsi məlum oldu
  26 Sentyabr 2016    Oxunub:2126
Ümumxalq səsverməsinin (referendumun) saat 17:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.
AzVision.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49 374 seçicidən 36 605-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 74.14 faiz seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Burada 42 122 seçicidən yalnız 20 263-i səs verib. Beləliklə bu dairədə 48.11 faiz seçici fəallığı qeydə alınıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti