Ən aktiv seçki dairəsi məlum oldu

Ən aktiv seçki dairəsi məlum oldu
  26 Sentyabr 2016    Oxunub:2129
Ümumxalq səsverməsinin (referendumun) saat 15:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.
AzVision.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 33198-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 67.2 faiz seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə yenə 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Burada 42122 seçicidən yalnız 15181-i səs verib. Beləliklə bu dairədə 36.4 faiz seçici fəallığı qeydə alınıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti