Elzanın yalanı açıldı - 10 min səs toplamayıb

Elzanın yalanı açıldı - 10 min səs toplamayıb
  03 Oktyabr 2015    Oxunub:5524
“Deputatlığa namizəd Elza Seyidcahanın iki gün ərzində 10 050 imza toplaması ilə bağlı səsləndirdyi fikirlər həqiqəti əks etdirmir”.
Bu fikirləri AzVision.az-a açıqlamasında 54 Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.

Onun sözlərinə görə, E. Seyidcana 11 imza vərəqəsi verilib ki, orada cəmi 550 insanın imza etməsi mümkündür: “E. Seyidcahana sentyabrın 23-də 11 imza vərəqəsi verilib. 2 gün sonra vəkili zəng edib bildirdi ki, imza toplamanma prosesini yekunlaşdırıblar. Daha sonra istiqamət verdikdən sonra zəruri sənədləri təqdim ediblər. Oktyabrın 2-də isə imza vərəqələrini DSK-ya təqdim ediblər və artıq qeydiyyata alınıb. Hazırda işçi qrupu imzaların dəqiqliyini yoxlayır. Bundan sonra onun namizədliyinin qeydə alınıb-alınmaması bilinəcək”.

Qeyd edək ki, E. Seyidcahan mətbuata açıqlamasında deputatlığa namizədliyinin müdafiəsi üçün 10050 insanın imzasını topladığını bəyan edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti