Kimlər üçünsə bu gün təqvimin adi günlərindən biri olsa da, on birincilər üçün unudulmaz tarixdir. Onların 11 ildir gözlədikləri gündür. “Son zəng” məzunlara nə qədər sevinc gətirsə də bir o qədər də kədərləndilər, üzüldülər, göz yaşlarını tuta bilmədilər…
Amma nə fayda, vaxt -məqam yetişmişdi. Parta arxasından çıxan 11-ciləri enişli-yoxuşlu həyat gözləyir. Ayrılıq vaxtıdır, “Son zəng” çalınır...
AzVision.az paytaxt məktəblərindən birində 11-cilərin “Son zəng” mərasimindən maraqlı görüntüləri lentə alıb. Bu kadrları təqdim etməyə söz yetməz. Sadəcə baxmaq, seyr etmək lazımdır.
Fotolar: Nuron Məmmədov