Elşad Abdullayevin “orqan mafiyası” ilə əlaqəsi sübut olundu

Elşad Abdullayevin “orqan mafiyası” ilə əlaqəsi sübut olundu
  06 Avqust 2013    Oxunub:1753
Ukrayna məhkəməsi onun barəsində çıxarılan qərarı Azərbaycan Prokurorluğuna göndərib
İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri, Obolon rayon məhkəməsində istintaq davam edir.

AzVision.az-ın Ukrayna mediasına dayanaraq yaydığı xəbərə görə, proses zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illərdə mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.

Məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılıb. Onların barələrində tədbir görülməsi məqsədilə qəardad Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti