Elnur Aslanovun yeni vəzifəsində ilk FOTOLARI

Elnur Aslanovun yeni vəzifəsində ilk FOTOLARI
  17 Aprel 2014    Oxunub:1238
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı kollegiya iclası keçirilib.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclasında iştirak edib.

AzVision.az xəbər verir ki, bu barədə jurnalist İlahə Vəliyeva öz blogunda məlumat verib. Məlumata görə, nazirlikdə 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı keçirilən kollegiya iclasda Elnur Aslanov Nazirliyin şöbə müdilərinin sırasında yer alıb.

Xatırladaq ki, Elnur Aslanov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Onun adı “nurçu”luqda hallandırılır və buna görə vəzifəsindən azad olunduğu iddia edilir.

Fatimə Kərimli








Teqlər:  





Xəbər lenti