Elmar Vəliyev prezidentin 13-cü səfərindən danışdı

Elmar Vəliyev prezidentin 13-cü səfərindən danışdı
  22 Oktyabr 2014    Oxunub:2153
Gəncə şəhər İcra Hakimiyyətində bu ilin doqquz aylıq yekunları və qarşıda duran vəzifələrlə bağlı şəhər fəallarının yığıncağı keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə prezident İlham Əliyevin Müstəqillik Günündə Gəncəyə səfərini, son illər və 2014-cü ilin doqquz ayında şəhərin sosial-iqtisadi, ictimai-siyasi həyatını, qazanılan uğurları, Gəncənin qədimliyini saxlamaqla, müasirləşməsini əks etdirən sənədli film nümayiş etdirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkə başçısının Gəncəyə 13-cü səfərini 2014-cü ilin ən əlamətdar hadisəsi olaraq dəyərləndirib.

Bundan sonra ADAU-nun rektoru professor İbrahim Cəfərov, Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Qafqaz Müsəlmanlarının Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları çıxış edib.

Tədbirin sonunda Gəncənin ictimai-siyasi həyatında fərqlənən şəhər fəallarından bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti