Elmar Vəliyev iftar verdi

Elmar Vəliyev iftar verdi
  25 İyul 2014    Oxunub:1155
Gəncədə oruc tutanlar üçün iftar süfrəsi açılıb
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə dünən Gəncədə oruc tutanlar üçün iftar süfrəsi açılıb. Şəhər ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi iftar süfrəsi Quran ayələri ilə başlayıb, günün duası oxunub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, dövlətimizin əsas ideoloji dayağı olan azərbaycançılıq məfkurəsi milli- mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizin inkişafında mühüm rol oynayır.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mənəvi ocaqlarımız olan məscidlərin bərpasına və yenidən qurulmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət və qayğıdan , tolerant ölkə olaraq ölkəmizin dünyaya nümunə olduğundan danışıb.

Dindarlardan Şah Abbas məscidinin axundu Hacı İsgəndər, dini icmanın sədri Hacı Səftər, “Xanım Zeynəb” dindar qadınlar icmasının sədri Hacı Rahilə çıxışlarında bildiriblər ki, müqəddəs Ramazan ayı insanın əxlaqi davranışını tənzimləyir, qeybətdən, yalandan çəkindirir. Bu cür tərbiyəvi məziyyətlərinə görə də Ramazan ayına 11 ayın sultanı deyirlər. Bəşəriyyəti birliyə, eyni masa ətrafında səmimiyyətə səsləyən Ramazan ayı dininə və mənəviyyatına əsrlər boyu sədaqətli olan gəncəlilərin hələ uzun qərinələr belə nəsil-nəcabətlərinin əməllərində yaşayacaq, islami dəyərlərin böyüklüyünün və qudrətinin təbliği və təsdiqi ən vacib əməl kimi onların əsas qayəsi olacaq.


Teqlər:





Xəbər lenti