Elmar Məmmədyarovun AŞPA-da Qarabağdan danışdı

Elmar Məmmədyarovun AŞPA-da Qarabağdan danışdı
  02 Oktyabr 2014    Oxunub:1999
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda AŞPA-nın payız sessiyasında çıxış edib.

`Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın problemi deyil. Bu kimi problemlər digər ölkələrdən, həmçinin Avropa Şurasına üzv ölkələrdən yan keçmir`. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında deputatların sualını cavablandırarkən deyib.

E.Məmmədyarov müzakirə edilən mövzulardan biri kimi Ukraynada baş verən böhranı da qeyd edib: "Dağlıq Qarabağa gəldikdə isə bu münaqişə 20 ildən çoxdur ki, başlayıb. Bu münaqişənin nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları Ermənistanın işğalı altındadır. Bütün bu ərazilər azərbaycanlılardan təmizlənib".

O bildirib ki, bu münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb: "Bu qrupa ABŞ, Rusiya və Fransa həmsədr ölkələri daxildir. Səmimi danışsaq, deyə bilmərəm ki, biz indiyədək hər hansı bir irəliləyiş əldə etmişik. Təəssüflər olsun ki, Azərbaycan torpaqları hələ də işğal altındadır. Məcburi köçkünlər öz doğma yerlərinə qayıda bilmirlər. Bu, bütün regionun təhlükəsizliyi üçün bir problemdir, stabil inkişafa zərər vurur. Biz hesab edirik ki, ən vacib elementlərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasıdır".

Nazir deyib ki, işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin mövcudluğu bir təhlükədir: "Hesab edirəm ki, hər kəs üçün sərfəli olan yol ondan ibarətdir ki, biz davamlı inkişaf üçün çalışmalıyıq".



Teqlər:  





Xəbər lenti