Elmar Məmmədyarov Fransaya gedir

Elmar Məmmədyarov Fransaya gedir
  01 Oktyabr 2014    Oxunub:1365
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb.

XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti