Elman Abdullayev səfir təyin edildi - SƏRƏNCAM

Elman Abdullayev səfir təyin edildi - SƏRƏNCAM
  19 Sentyabr 2014    Oxunub:2629
Prezident İlham Əliyev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevi Azərbaycanın Efiopiyadakı səfiri təyin edib.

AzVision.az xəbər verir ki, prezident bu barədə sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Eyni zamanda prezidentin digər sərəncamı ilə Elman Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti