Səfir Elman Abdullayev hələ də Bakıdadır

Səfir Elman Abdullayev hələ də Bakıdadır
  20 Oktyabr 2014    Oxunub:3082
XİN-in mətbuat xidmətinin keçmiş rəhbəri Elman Abdullayev sentyabr ayında Efiopiyaya səfir təyin edilsə də hələ də bu ölkəyə getməyib.

Hazırda Bakıda olan səfir AzVision.az-a açıqlamasında Efiopiyaya getməməsinin texniki problemlərlə əlaqədar olduğunu deyib.

“Bəzi texniki məsələlər var ki, hazırda onunla bağlı işlər aparılır”.

Yeni təyin olunduğu səfir vəzifəsinin icrasına başlamasına gəlincə, E.Abdullayev hazırda bununla bağlı hazırlıq işlərinin son mərhələdə olduğunu qeyd edib.

“Yaxın zamanlarda öz işimi icra etməyə başlayacam”.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Afrika İttifaqındakı daimi nümayəndəsi təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə E.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Elman Abdullayev bu təyinatadək Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri postunu tuturdu.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti