Əliyevlə Sarkisyan Fransada görüşə bilər
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti məlumat yayıb.
Minasyan qeyd edib: “Görüşə qədər bəzi məsələləri dəqiqləşdirmək lazımdır. Məsələn, görüşün təşkilatçısı kim olacaq: Fransa xarici işlər naziri Jan-Mark Eyro, dövlət katibi Harlem Desir və ya prezident Fransua Olland”.
O, həmçinin əlavə edib ki, bu görüşdə digər həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirak edib-etməyəcəyi məlum deyil.
“Əgər biz Vyanada başlayan görüşü davam etdirmək istəyiriksə, onda onların potensial görüşdə iştirakı vacibdir”.
Xatırladaq ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.
Eldar Tanrıverdiyev
AzVision.az