Əliyev və Kaladze İrana gedir

Əliyev və Kaladze İrana gedir
  11 Fevral 2016    Oxunub:3832
İran həm Gürcüstan, həm də Avropaya qaz tədarük etməyə hazırdır.

AzVision.az xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfiri Abbas Taleb `Rezonansi` qəzetinə müsahibəsində bildirib.

İranlı diplomatın sözlərinə görə, hazırda bu məsələnin həlli ilə bağlı texniki işlər görülür: “İran üçün qaz tədarükü siyasi xarakter daşımır və biz heç bir ölkə ilə rəqabətə girmirik. İran Energetika sahəsində Gürcüstanla əməkdaşlıq etməyə hazırdır və onun daxili tələbatını ödəmək üçün, həm də Avropaya tranziti üçün qaz tədarük etməyə hazırdır”.

Səfirin sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan İran qazını Gürcüstana tədarük etməyə hazırdır. Detallar energetika naziri Kaxa Kaladzenin Tehrana səfəri zamanı müzakirə ediləcək.

Qeyd edək ki, fevralın sonunda Azərbaycan prezidenti İlham Əliyev də İrana səfər edəcək.

Danışıqlar mövzusundan biri kimi İran qazının Azərbaycan ərazisindən Gürcüstana tranziti məsələsi olacağı istisna edilmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti