Əli Kərimlinin partiyasında istefa

Əli Kərimlinin partiyasında istefa
  21 Oktyabr 2014    Oxunub:1160
AXCP Ali Məclisinin üzvü İslam Mahmudov partiyadan istefa verib.
AzVision.az xəbər verir ki, İ.Mahmudov bu barədə Facebook səhifəsində məlumat yayıb.

"1989-cu ildən AXC-nin üzvü olmuşam. Mən bu təşkilatın sıralarına torpaqlarımızın qorunması və ölkəmizin müstəqillik qazanması üçün qoşulmuşdum. Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuşam. Qubadlının erməni təcavüzündən qorunmasında, Laçın rayonun Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm.

Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğrusuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadı. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm.

Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiayaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm.
Bu addımımla bağlı tənqidləri sayğı ilə qarşılayacam. Amma onu da deyim ki, hər hansı təhqir olacaqsa, bunu edənlər beş qatını öz payına hər biri alacaq".


Teqlər:  





Xəbər lenti