Əli Kərimlinin müşaviri Müsavata keçdi

Əli Kərimlinin müşaviri Müsavata keçdi
  28 Noyabr 2014    Oxunub:1452
AXCP sədrinin sabiq müşaviri, Qarabağ döyüşçüsü, Füzuli rayonunun keçmiş icra başçısı Şakir Abbasov Müsavat Partiyasına üzv olub.
Bu barədə Müsavat Partiyası Xəzər rayon təşkilatının sədri Niyaz Nəsiri özünün facebook səhifəsində yazıb. Təşkilat sədrinin bildirdiyinə görə, Müsavat Partiyası Xəzər rayon təşkilatının Şura iclasında təşkilati məsələlər və Müsavat Partiyasının keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub. Həmçinin yeni üzvlər qəbul olunub. Ş.Abbasovla eyni gündə gənc fəal, ali təhsilli iqtisadçı Seyhun Feyziyev də Müsavat Partiyasının sıralararına üzv qəbul olunub.

Xatırladaq ki, Ş.Abbasovun Müsavata gələcəyi şübhə doğurmurdu. AXCP-dən istefa verdikdən sonra Ş.Abbasov ilk dəfə “Yeni Müsavat”a növbəti planlarını açıqlamış və Müsavat Partiasına üzv olacağını istisna etməmişdi. O, “mən Müsavat Partiyasının apardığı xətti də, yolu da, onların işini də görürəm. Müsavatın qurultayına da getmişdim”- söyləmişdi. Yeri gəlmişkən, AXCP rəhbərliyi Ş.Abbasovu Müsavatın qurultayına getdiyinə görə də ittiham etmişdi.


Teqlər:  





Xəbər lenti