Əli Kərimlinin jurnalist qadağası ilə bağlı Açıqlama

Əli Kərimlinin jurnalist qadağası ilə bağlı Açıqlama
  17 Aprel 2014    Oxunub:965
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı partiya sədri Əli Kərimlinin bəzi mətbuat orqanlarını "qara siyahı"ya salmağı ilə bağlı iddiaları təkzib edib.
O, AzVision.az-a açıqlamasında bildirib ki, bu məlumat həqiqətə uyğun deyil: “Bu, tamamilə əsassız məlumatdır. Bu məsələ ümumiyyətlə müzakirə olunmayıb”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, AXCP sədri Əli Kərimlini partiya üzvlərinə Ukrayna hakimiyyətinə yönəlik səsləndirdiyi fikirlərlə bağlı jurnalistlərin suallarını cavablandırmağı qadağan edib.

Onu da qeyd edək ki, partiyanın sədr müavini Nurəddin Məmmədlinin Facebook sosial şəbəkəsində yazdığı status sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti