Əli Kərimlinin ətrafı boşalır

Əli Kərimlinin ətrafı boşalır
  03 Sentyabr 2015    Oxunub:3775
Dünən AXCP Qubadlı rayon şöbəsinin konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda AXCP-nin bərpası, fəaliyyət istiqamətləri və təşkilati məsələ müzakirə olunub. Konfransdan öncə, AXCP-də son zaman baş verən hadisələr, Əli Kərimlinin AXCP ilə bağlı apardığı uğursuz siyasət kəskin tənqid olunub. Bildirilib ki, Əli Kərimlinin siyasəti partiyanı parçalanmasına səbəb olub. Pariya daxilində diktatura rejimi yaradılıb. Üzvlərə qarşı diskriminasiya siyasəti yeridilir. Həyatını bu təşkilatın inkişafına, qorunub saxlanmasına sərf edənlərə təhqir olunur, onlara qarşı təzyiqlər edilir, böhtanlar atılır.

Qeyd edilib ki, bu məsələlərin arxasında Əli Kərimli dayanır. Ətrafına topladığı insanlarla birgə partiyanı məhvə sürükləyir. Konfrans iştirakçıları bildiriblər ki, bütün bu baş verənlərə görə Qubadlı cəbhəçiləri Razi Nurullayevin rəhbərliyi ilə yaradılan AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir və onun ətrafında birləşirlər.

Daha sonra konfransda təşkilati məsələyə baxılıb. Ramin Tofiq oğlu Əmiraslanov AXCP Qubadlı rayon şöbəsinin sədri seçilib. Mahir Musa oğlu Aslanov Ali Məclisin, Əlövsət Şamil oğlu Babayev, Bəhruz Ərşad oğlu Quliyev, Elman Əkbər oğlu Məmmədov isə NTK üzvləri seçiliblər. Eləcə də Ramin Əmraslanov, Kamil Babayev, Səfər Çəlbiyev, İltizam Qurbanov qurultay nümayəndələri seçiliblər. Konfransda ümumilikdə 40 nəfər iştirk edib.

Daha sonra Ramin Əmiraslanov çıxış edərək etimada görə konfrans nümayəndələrinə təşəkkür edib.


Teqlər:





Xəbər lenti