Əli Kərimlinin çayxana söhbəti yalan çıxdı

Əli Kərimlinin çayxana söhbəti yalan çıxdı
  02 Sentyabr 2015    Oxunub:10890
Dünən AXCP sədri Əli Kərimli ilə Milli Şuranın sədri Cəmil Həsənlinin çayxanada əyləşərək, çay içib, söhbət etdikləri yerdə fotoları yayımlanmışdı.
Bu gün yerli mediada həmin çayxananın bağlanması barədə yazılar dərc olunmuşdu.

Məlumatı AXCP Gənclər Komitəsi yaymışdı və fotolarını da sosial şəbəkələrə yerləşdirmişdilər. Komitə üzvləri iddia edirdilər ki, həmin iaşə obyektinin bağlanmasına səbəb partiya sədri ilə şura rəhbərinin orada əyləşmələridir.

Femida.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün həmin çayxananın yerləşdiyi əraziyə baş çəkib. Məlum oldu ki, AXCP Gənclər Komitəsinin yaydığı məlumat heç də reallığı əks etdirmir və dezinformasiya xarakteri daşıyır. Çayxana fəaliyyətini olduğu kimi davam etdirir.


Teqlər:





Xəbər lenti