Əli Kərimlinin adamının saxtakarlığı - ŞOK FAKTLAR

Əli Kərimlinin adamının saxtakarlığı -  ŞOK FAKTLAR
  31 İyul 2015    Oxunub:16817
Femida.az Bakı şəhər sakini, B.B.Məcidov küçəsi,73 ünvanında qeydiyyatda olan Babayeva Telli Əli qızının evindən çıxarılması, əşyalarının oğurlanması barədə məlumat vermişdi



Vətəndaşın iddialarına görə, ona məxsus mülk qeyri-qanuni yolla əlindən alınaraq, özü evdən çıxarılıb. Həmçinin o, Nəsimi rayon 41 saylı “JEK”-in keçmiş rəisi Əbülfət Abbasovun sənədləri saxtalaşdırması iddiasını da irəli sürüb.



AXCP fəalı Bəyim Həsənlinin atası, Həsənov İsrafil Soltan oğlunun adı sənəd saxtalaşdırılmasında hallanır. Belə ki, Həsənov İsrafilin qudası, Nəsimi rayon 41 saylı “JEK”-in keçmiş rəisi Əbülfət Abbasov, Bakı şəhər sakini, B.B.Məcidov küçəsi,73 ünvanında qeydiyyatda olan Babayeva Telli Əli qızının evini saxta imza ilə qudasına “satıb”.



Femida.az məsələyə aydınlıq gətirmək məqsədi ilə saxtalaşdırıldığı iddia edilən sənədlərin ksero sürətini yayımlayır.

Nəsimi rayonu 41 saylı “JEK”-in verdiyi rəsmi arayışlarda B.B.Məcidov küçəsi 71 ünvanın mövcud olmadığını rəsmi şəkildə bildirilib.

Həmçinin Nəsimi və Yasamal rayonu İcra Hakimiyyətlərinin verdikləri arayışlarda belə bir ünvanın mövcud olmadığı qeyd olunub.



Buna baxmayaraq qeyd olunan 41 saylı “JEK”-in keçmiş rəisi Əbülfət Abbasov ünvana dair digər bir arayışla həmin sahəni qudası Həsənov İsrafil Soltan oğlunun adına rəsmiləşdirib. Bununla da sənədlərin saxtalaşdırılmasına yol verilib. Nəticədə mülkün əsl sahibi Babayeva Telli Əli qızı evindən çıxarılaraq küçəyə atılıb.

Burada belə bir sual yaranır. Hüquqi cəhətdən mövcud olmayan ünvana hansı əsasla çıxarış verilib? Yəqin ki, aidiyyatı qurumlar məsələni daha ciddi araşdıracaq.



Femida.az məsələni nəzarətdə saxlayacaq.(Femida.az)






Teqlər:  





Xəbər lenti