Əli Həsənov İrana getdi

Əli Həsənov İrana getdi
  24 Noyabr 2014    Oxunub:1441
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ötən gün İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbbinin dəvəti ilə Tehrana səfər edib.

Səfər çərçivəsində Ə. Həsənovun İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə ediləcək.



Teqlər:





Xəbər lenti